Yuxarı

​"Zaminbank": Hazırda dövlət dəstəyinə ehtiyacımız yoxdur

Orxan Quliyev: Əmanətlər üzrə faiz dərəcəsinin artırılması barədə düşünmürük

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin əvvəlindən əhalinin "Zaminbank" ASC-dəki əmanətləri təxminən 10 mln. manat və ya 12% azalıb. Bunu "Report"a açıqlamasında Bankın İdarə Heyətinin üzvü Orxan Quliyev deyib.

Onun sözlərinə görə, "Zaminbank"dan əmanət axını dayanmadığı üçün fiziki şəxslərin müddətli əmanətləri hissə-hissə qaytarılır: "Biz ilkin olaraq əmanətini götürmək istəyənlərin vəsaitinin 20%-ni veririk. Tədricən isə əmanətçilər bütün pullarını alırlar".

Əmanətçilərin Banka kütləvi müraciətinə baxmayaraq, "Zaminbank" hələ ki, maliyyə dəstəyi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmək niyyətində deyil: "Hələ ki, buna ehtiyac yoxdur, öz imkanlarımız hesabına əmanətləri qaytarırıq. Vəziyyət ciddiləşərsə, onda Palataya müraciət edə bilərik".

"Zaminbank"dakı əmanətlər azalsa da, bank rəhbərliyi hələ ki, əmanətlərin faiz dərəcələrini artırmaq, bu yolla vəsait cəlb etmək barədə düşünmür. "Bizdə əmanətlər üzrə illik gəlirlilik 10%-dir və hazırda faiz dərəcəsinin artırılması barədə düşünmürük", - deyə O.Quliyev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi