​"Zaminbank" birinci yarımili mənfəətlə yekunlaşdırıb

​"Zaminbank" birinci yarımili mənfəətlə yekunlaşdırıb Bankda problemli kreditlər azalıb
Maliyyə
7 Avqust , 2015 12:01
​Zaminbank birinci yarımili mənfəətlə yekunlaşdırıb

Bakı. 7 avqust. REPORT.AZ/ "Zaminbank" ASC cari ilin birinci yarısını 5,9 mln. manat mənfəətlə yekunlaşdırıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, gəlirlər 14,1 mln. manat, xərclər 8,1 mln. manat təşkil edib. Yarımildə Bankın faiz gəlirləri 17,3 mln. manat, xərcləri 5,3 mln. manat olub və nəticədə, birinci yarımili 12,1 mln. manat mənfəətlə başa vurub, qeyri-faiz zərəri isə 6,1 mln. manat olub.

Bankın aktivləri ilin əvvəlindən 11,2% artaraq cari il iyulun 1-nə 502,5 mln. manata çatıb. Kredit portfeli 2,6% azalaraq 311,3 mln. manata düşüb. Kredit portfelinin cəmi 5,7%-i və ya 17,7 mln. manatı xarici valyutada, 94,3%-i və ya 293,6 mln. manatı milli valyutada olub. Kredit portfelinin 4,17%-nin və ya 12,985 mln. manatının ödəniş vaxtı keçib. Cari il yanvarın 1-nə bu göstərici müvafiq olaraq 4,46% olmaqla 14,236 mln. manat təşkil edib.

Hesabata əsasən, "Zaminbank"ın depozit portfelində kəskin artım qeydə alınıb və depozit portfeli 43,4 mln. manatdan 85,4 mln. manata yüksəlib. Portfelin 64,3%-i və ya 54,9 mln. manatı xarici, 35,7%-i və ya 30,5 mln. manatı isə milli valyutada yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi