​"Zaminbank": Atılacaq addımlar bu həftə məlum olacaq

​"Zaminbank": Atılacaq addımlar bu həftə məlum olacaq Bunu bankın İdarə Heyətinin üzvü Orxan Quliyev deyib
Maliyyə
25 İyul , 2016 12:36
​Zaminbank: Atılacaq addımlar bu həftə məlum olacaq

Bakı. 25 iyul. REPORT.AZ/ "Zaminbank" ASC-nin Maliyyə Bazarlarına Nəzarət Palatasının məlum qərarı ilə bağlı hansı addımlar atacağı hələ ki, məlum deyil. Bunu "Report"a açıqlamasında Bankın İdarə Heyətinin üzvü Orxan Quliyev deyib.

Onun sözlərinə görə, Bankın səhmdarları növbəti addımları bu həftə müəyyən edəcəklər.

Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 kommersiya bankının ("Zaminbank", "Dekabank", "Kredobank" və "Parabank") lisenziyasının ləğvi ilə bağlı qərar qəbul edib.

"Zaminbank" 1992-ci ildən fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 52,182 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 200 manat olan 260 909 səhm əsasında formalaşıb. Səhmlər 3 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi