​"Zamin Bank"ın "Universal" filialı yeni ünvana köçürülüb

​"Zamin Bank"ın "Universal" filialı yeni ünvana köçürülüb Filial müştərilərə bank xidmətləri təqdim edir, o cümlədən kommunal haqları qəbul edir
Maliyyə
8 Yanvar , 2015 16:17
​Zamin Bankın Universal filialı yeni ünvana köçürülüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın "Zamin Bank" ASC-nin "Universal" filialı bundan sonra Bakı şəhəri, A.Cəlilov küçəsi, 26 ünvanında fəaliyyət göstərəcək. Bankın baş ofisindən "Report"a verilən məlumata görə, filial fiziki və hüquqi şəxslərə bir çox bank xidmətləri göstərir.

Belə ki, bankın bu filialında tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, təminatlı və təminatsız kreditlərin verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri üzrə fəaliyyətin həyata keçirilməsi, hesabların açılması və aparılması, hesablaşma-kassa xidmətləri, pul vəsaiti, qiymətli kağızlar və ödəniş vasitələrinin köçürülməsi, ödəniş kartlarının buraxılması, öhdəliklərin icrasına təminatların, o cümlədən zəmanətlərin verilməsi və akkreditivlərin açılması, kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi xidmətləri göstərilir.

Filial fiziki şəxlər üçün hesab açmadan "Caspian Money Transfer", "Western Union", "Contact" və "Inter Express" sürətli pulköçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.

Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar üzrə ödənişləri qəbul edir.

Son xəbərlər

Orphus sistemi