Zakir Nuriyev: “Kreditləşmədə gəlirlərin tam əks etdirilməsi iqtisadi şəffaflığa xidmət edir”

Zakir Nuriyev: “Kreditləşmədə gəlirlərin tam əks etdirilməsi iqtisadi şəffaflığa xidmət edir” Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev ölkədəki kommersiya banklarının tam rəsmi gəlirlər əsasında kredit verməsinin əksər potensial müştəriləri kreditləşmədən kənarda qoymasına münasibət bildirib.
Maliyyə
9 Fevral , 2018 16:47
Zakir Nuriyev: “Kreditləşmədə gəlirlərin tam əks etdirilməsi iqtisadi şəffaflığa xidmət edir”
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev / Report/ Firi Salim

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev ölkədəki kommersiya banklarının tam rəsmi gəlirlər əsasında kredit verməsinin əksər potensial müştəriləri kreditləşmədən kənarda qoymasına münasibət bildirib.

“Report” xəbər verir ki, o, bunun iqtisadi şəffaflığa xidmət etdiyini deyib. 

“Kreditləşmədə gəlirlərin tam əks etdirilməsi iqtisadi şəffaflığa xidmət edir. Bank sektoru ayrıca fəaliyyət göstərmir və iqtisadi sistemin bir hissəsidir. Gəlirlər şəffaf olmalıdır və yeni kredit mexanizmi də buna xidmət edir”, - deyə Assosiasiya rəhbəri əlavə edib. 

Son xəbərlər

Orphus sistemi