Bakı. 13 fevral. REPORT.AZ/ “Bu gün bankların əsas problemi yığdıqları izafi likvid vəsaitləri iqtisadiyyata ötürə bilməməsidir. Ən böyük çətinlik isə maliyyə cəhətdən savadlı biznes qruplarına pul vəsaitlərinin verilməsi və zəruri olduğu təqdirdə onların daşınar və daşınmaz əmlak girovları ilə təmin edilməsi, hər hansı problem çıxdığı zaman həmin daşınar və daşınmaz əmlak üzərində hüquqların reallaşdırılması isə bağlıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev deyib.
O həmçinin bildirib ki, hazırda bankların infratrukturu kifayət qədər inkişaf edib və əhalinin maliyyə vasitələrinə çıxış problemi mövcud deyil: “Banklar və bank olmayan kredit təşkilatları kifayət qədər geniş şəbəkə ilə ölkə ərazisində təmsil olunub. Hətta 25–dən çox bankda internet bankinq tətbiq olunur. Maliyyə vasitələrinə çıxış üzrə bütün imkanlar yaradılıb. Sadəcə icra qanununda mövcud olan boşluqlar bankların öz hüquqlarını rellaşdırmasını uzadır ki, bu da əldə olan vəsaitlərin dövriyyədən yayınmasına və yenidən aktiv dövriyyəyə gəlməsinə problemlər yaradır. Regionlarda dövlət qeydiyyatına alınmış daşınar əmlaklar üzərində sonradan nəzarət mexanizminin icraçılar tərəfindən necə həyata keçirilməsi dəqiq heç bir prosedurda göstərilməyib. Biz