Yuxarı
    Bağlamaq

    Zakir Nuriyev Azərbaycanda uçot dərəcəsinin artırılacağı ilə bağlı şayiələrə münasibət bildirib

    ABA sədri: Bu məsələdə bankların rəyinin nəzərə alınması doğru olmazdı

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasoyasının (ABA) sədri Zakir Nuriyev ölkədə uçot dərəcəsinin artırılacağı ilə bağlı bank dairələrində gəzən söz-söhbətə münasibət bildirib. "Report" xəbər verir ki, o, bununla bağlı qərarların Azərbaycan Mərkəzi Bankı tərəfindən cari vəziyyətə uyğun qəbul olunduğunu deyib.

    "Mərkəzi Bank cari vəziyyəti təhlil edir və buna uyğun qərar qəbul edir. Bu məsələdə bankların rəyinin nəzərə alınması doğru olmazdı", - deyə Z.Nuriyev əlavə edib.

    Xatırladaq ki, hazırda uçot dərəcəsi 15% təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi