Yuxarı

​Zakir Kərimzadə: "Sığorta şirkətləri də "Audatex-Azerbaijan"dan pay ala bilər"

İSB Audatex-Azerbaijanın təsisçilərindən biri olacaq

Bakı. 24 iyun. REPORT.AZ/ “Audatex-Azerbaijan” MMC İcbari Sığorta Bürosuna (SB) 5%-lik iştirak payı satmaq üçün təşkilati-hüquqi formasını dəyişməyəcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin icraçı direktoru Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, bu sövdələşmə üçün İSB sadəcə “Audatex-Azerbaijan”ın təsisçilərindən biri olacaq. 

“Gələcəkdə sığorta şirkətlərinin də “Audatex-Azerbaijan”dan pay alması mümkündür”, – deyə Z.Kərimzadə qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi