Yuxarı

​Yunanıstandakı seçkilər avronu 11 il əvvəlki minimuma endirib

Buna Siriza liderinin Aİ-yə olan borclara yenidən baxılacağı barədə bəyanatı səbəb olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən gün Yunanıstanda keçirilən parlament seçkilərində radikal solçu "Siriza" koalisiyasının qalib gəlməsindən sonra, avro dollara nisbətdə kəskin aşağı düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Tokio Birjasında hərracların açılışı zamanı avro 1,1088 dollara satılıb ki, bu da son 11 il ərzində ən aşağı göstəricidir.

Bu cür eniş "Siriza" lideri Aleksis Siprasın Yunanıstanın Avropa İttifaqına olan borclarına yenidən baxılacağına dair bəyanatı, həmçinin sərt iqtisadi tədbirlərdən imtina edəcəyi barədə vədi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi