Bakı. 21 Fevral. REPORT.AZ/ Avrozonaya daxil olan ölkələrin Maliyyə nazirləri şurası (Avropa Qrupu) Yunanıstana yardım proqramının müddətini 4 aylığına uzatmağa razı olub.
"Report" "Azadlıq radiosu"na istinadla xəbər verir ki, Yunanıstan bu müddətin 6 ay olmasını istəyirdi.
Belə ki, Yunanıstan rəsmiləri əvvəlki hökumətlərin yardım proqramı müqabilində aparmağa söz verdikləri islahatların davam edəcəyinə söz verib.
Qeyd edək ki, Yunanıstanın yeni hökuməti onlara verilmiş borcun bir hissəsinin silinməsini, eləcə də yardım proqramının müqabilində tələb edilən kütləvi ixtisar və büdcə xərclərinin azaldılması siyasətinə son qoyulmasını tələb edir.
Əgər danışıqlar nəticə verərsə, 4 aydan sonra Yunanıstana yardım proqramının vaxtı uzadılacaq.