​Yunanıstan iflasdan qurtulub

​Yunanıstan iflasdan qurtulub "Report": Avronun məzənnəsi bu il 1,22 USD/EUR səviyyəsinə çata bilər
Maliyyə
13 May , 2015 10:39
​Yunanıstan iflasdan qurtulub

Bakı. 13 may. REPORT.AZ/ Yunanıstan ötən gün Beynəlxalq Valyuta Fondunun (BVF) yardımı ilə iflasdan qurtulub. "Report" xəbər verir ki, BVF-yə dünən 750 mln. avro borc ödəməli olan rəsmi Afinanın dövlətin xəzinəsində isə keçən ay hökumət tərəfindən verilən qərarla "dövlət müəssisələri və bələdiyyələrin banklardakı nağd vəsaitlərinin Yunanıstan Mərkəz Bankına transfer etmək məcburiyyəti" sayəsində toplanan 650 mln. avro olub. Yunanıstan hökuməti bu vəsaitlə BVF-yə borcunu ödəyəcəyi təqdirdə may ayının sonunda məmur və pensiyaçıların maaşını verə bilməyəcək.

Lakin ötən gün Yunanıstan Mərkəzi Bankının BVF-də 1984-cü ildən etibarən yığılan "zəmanət hesabı"nın olduğu müəyyənləşib. Bu hesabda 650 mln. avro olub. Hökumət BVF ilə əlaqə saxlayaraq "fövqəladə hal" nəzərə alınaraq borcun bu hesabdan ödənilməsini xahiş edib. Fond buna razılıq verib və Afina xəzinədarlıqdan bu məbləğə cəmi 100 mln. avro əlavə edərək borcu tam ödəyib. Lakin qeyd edək ki, "zəmanət hesabı"ndakı vəsait bir ay ərzində yenidən BVF-yə qaytarılmalıdır.

Bu xəbərlə dollar/avro məzənnəsi dünən 1,1130 səviyyəsindən 1,1280-ə yüksəlib. Hazırda isə məzənnə 1,1250 USD/EUR səviyyəsindədir. "Report" agentliyinin analitik şöbəsi dollar/avro məzənnəsinin vahid Avropa valyutasının lehinə artmağa davam edəcəyini və may ayının sonuna qədər 1,14 USD/EUR, bu il ərzində isə 1,22 USD/EUR səviyyəsinə çatacağını proqnozlaşdırır. Lakin istənilən halda bu, müvəqqəti prosesdir və dolların itirdiyi mövqelərini bərpa edəcəyi qaçılmazdır.

Son xəbərlər

Orphus sistemi