​Yunanıstan defolt elan oluna bilər

​Yunanıstan defolt elan oluna bilər Təşvişə düşən əhali təcili surətdə banklardan əmanətlərini geri götürür
Maliyyə
19 İyun , 2015 16:30
​Yunanıstan defolt elan oluna bilər

Bakı.19 iyun. REPORT.AZ/ Yunanıstanda maliyyə təşvişi yaşanır - son 3 gündə əmanətçilər bank depozitlərindən 2 mlrd. avro həcmində nağd vəsait çıxarıblar. Hökumət ölkəyə gələn turistlərə özləri ilə lazımi qədər nağd valyuta götürməyi tövsiyə edib.

"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, təşvişi görən Avropa Mərkəzi Bankı (AMB) Yunanıstan banklarının bazar ertəsi, iyunun 22-də çalışmama ehtimalının olduğunu bildirib. 

Qeyd edək ki, iyunun 22-də Avropa İttifaqının (Aİ) Yunanıstan probleminin həlli yollarını müzakirə etmək məqsədilə növbədənkənar iclası təyin olunub. Sammitin keçirilməsi xəbərini Avropa Şurasının rəhbəri Donald Tusk verib. Daha öncə Lüksemburqda Aİ maliyyə nazirləri səviyyəsində keçirilən sammitdə nəticə əldə olunmadığına görə bu dəfə görüş Avropa ölkələrinin liderləri səviyyəsində keçiriləcək.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardın (Christine Lagarde) sözlərinə görə, bu ayın sonuna qədər Fonda 1,5 mlrd. avro ödəməyəcəyi təqdirdə Yunanıstan "defolt" elan ediləcək. O, Yunanıstana heç bir güzəşt müddəti və ya ertələmə verilməyəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi