​Yunanıstan BVF-yə borcunu ödəyib

​Yunanıstan BVF-yə borcunu ödəyib Bu gündən etibarən rəsmi Afina Avropa Mərkəzi Bankına olan borcunu da ödəməyə başlayıb
Maliyyə
20 Avqust , 2015 13:37
​Yunanıstan BVF-yə borcunu ödəyib

Bakı. 20 avqust. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın 2 mlrd. avroluq gecikmiş borcunu ödədiyini açıqlayıb. "Report" xəbər verir ki, BVF rəsmisi Ceri Rays (Gerry Rice) həmin borcun 30 iyun və 13 iyul tarixləri arasında yarandığını, amma hazırda rəsmi Afinanın BVF-yə heç bir borcu olmadığını deyib.

Yunanıstan Maliyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, bu gündən etibarən rəsmi Afina Avropa Mərkəzi Bankına (ECB) olan 4,2 mlrd. avroluq borcunu da ödəməyə başlayıb.

İngilis versiyası Greece pays off IMF debt

Son xəbərlər

Orphus sistemi