Yuxarı

​Yunanıstan Avrozonadan ayrıla bilər

Goldman Sachs Yunanıstanın Avrozonadan ayrılma riskinin xeyli artdığını bəyan edib

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ-ın "Goldman Sachs" investisiya bankı Yunanıstanın Avrozonadan ayrılma riskinin xeyli artdığını bəyan edib. Yunanıstan kreditorlarla anlaşma əldə etsə belə, ölkənin ÜDM artımı ciddi zərbə alacaq və bu səbəbdən avrodan pul vahidi kimi istifadə imkansız olacaq.

"Report" xəbər verir ki, bu arada "Fitch" beynəlxalq reytinq agentliyi Yunanıstanın 4 bankının kredit reytinqini aşağı salıb. Belə ki, "National Bank of Greece", "Piraeus Bank", "Eurobank" və "Alphabank"ın reytinqi "B-"dan ölkənin suveren reytinqi səviyyəsinə - "CCC"yə endirilib. Bu bankların reytinqi üzrə proqnoz isə "neqativ" olaraq təsdiq edilib.

Qeyd edək ki, martın 27-də "Fitch" agentliyi Yunanıstanın kredit reytinqini aşağı salıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi