Yuxarı
    Bağlamaq

    ​Yuanın ucuzlaşması Azərbaycana Çinlə ticarətdən əlavə qazanc vəd edir - ARAŞDIRMA

    Bu, Azərbaycanın bu ölkə ilə ticarət əməliyyatlarında şərti olaraq orta hesabla ayda 2 mln. dollar qənaət etməsinə səbəb ola bilər

    Bakı. 13 avqust. REPORT.AZ/ Çin Mərkəzi Bankının (ÇMB) milli valyuta - yuanı son 3 gündə dollarla müqayisədə 4,6% devalvasiya etməsi Azərbaycanın bu ölkə ilə ticarət əməliyyatlarında şərti olaraq orta hesabla ayda 2 mln. dollar qənaət etməsinə səbəb ola bilər.

    "Report"un analitik qrupu qeyd edir ki, Azərbaycanın Çinlə bu ilin ilk yarısında ticarət dövriyyəsi 288,4 mln. dollar olub ki, bunun 259,3 mln. dollarını idxal əməliyyatları təşkil edib. Çində baş verən son devalvasiyadan sonra Azərbaycan tərəfi Çin mallarına dollarla 4,6% daha az vəsait ödəyəcək. Bu da yarımillik üçün təxminən 12 mln.dollara bərabərdir. Qeyd edək ki, Çin Azərbaycana idxalda 2015-ci ilin ilk 6 ayında 6-cı yerdə qərarlaşıb.

    Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Çindən idxalı 50,6 mln.dollar və ya 16,3% azalıb.

    ÇMB-nin yuanın devalvasiyası ilə bağlı qərarlarının bu ilin sonunadək davam edəcəyi gözlənilir. Belə ki, Almaniyanın "Deutsche Bank"ı yuanın bu ilin sonuna qədər daha 10% ucuzlaşdırılacağını proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi