Yuanın məzənnəsi 4 illik minimuma enib

Yuanın məzənnəsi 4 illik minimuma enib "Report": Devalvasiya davam edəcək və bu, əksər valyutalara neqativ təsir göstərəcək
Maliyyə
10 Dekabr , 2015 11:41
Yuanın məzənnəsi 4 illik minimuma enib

Bakı. 10 dekabr. REPORT.AZ/ Çin Xalq Bankı (ÇXB) dekabrın 10-da yuanı bir qədər də devalvasiya edərək 6,42 CNY/USD həddinə endirib. Nəticədə, dolların cari məzənnəsi 2011-ci ilin avqust ayından sonra ən maksimal səviyyəyə çatıb. "Report" xəbər verir ki, ÇXB xarici ticarət balansındakı saldonu diqqətə alaraq, bu ilin avqustun 15-də yuanın məzənnəsini optimallaşdırmaq qərarına gəlib. Bu qərardan sonra yuan üç gün ərzində 4,6% devalvasiya edilərək 6,40 CNY/USD səviyyəsinə çatıb. Amma, daha sonra Beynəlxalq Valyuta Fondunun (BVF) iclası ərəfəsində yuan möhkəmlənməyə başlayıb və noyabrın əvvəlində 6,32 CNY/USD-ə bərabər olub. BVF-nin iclasında yuanın ehtiyat valyutalar səbətinə daxil olunması qərarının verilməsindən sonra yuan yenidən zəifləməyə başlayıb. Qeyd edək ki, ehtiyat valyutalar sərbəst tədavül şərtinə əməl etməli olduqlarından, onların məzənnəsi qlobal valyuta bazarında tənzimlənir.

Yuanın ehtiyat valyutalar səbətinə daxil edilməsi qərarı 2016-cı il avqustun 1-də qüvvəyə minəcək. "Report"un analitik qrupu xəbər verir ki, bu tarixə qədər yuanın dollarla müqayisədə daha 15-25% devalvasiyası ehtimal edilir. Nəticədə, dolların Çində məzənnəsinin 7,5-8 CNY/USD həddinə çatması mümkündür. Bu dərəcədə gözlənilən devalvasiya isə Çin iqtisadiyyatının getdikcə zəifləməsi amili ilə bağlıdır. Yuanın ucuzlaşması isə öz növbəsində dünyanın demək olar ki, bir çox valyutasının devalvasiyasına gətirib çıxaracaq.

İngilis versiyası Yuan reached four-year low

Son xəbərlər

Orphus sistemi