Azərbaycan sığorta bazarı 15% artıb

Azərbaycan sığorta bazarı 15% artıb Yığımların 64%, ödənişlərin isə 74%-i könüllü sığorta növlərinin payına düşüb
Maliyyə
30 Avqust , 2016 18:33
Azərbaycan sığorta bazarı 15% artıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkətinin xətti ilə ümumilikdə 325,3 mln. manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi ödənişlərin məbləği isə 119,0 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Yığımların 209,1 mln. manatı (64,3%), ödənişlərin isə 87,8 mln. manatı (73,8%) könüllü sığorta növlərinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi