Yeni ​Vergi Məcəlləsinin şərhi ilin sonunadək hazırlanacaq

Yeni ​Vergi Məcəlləsinin şərhi ilin sonunadək hazırlanacaq Məcəllənin xüsusi hissəsinin şərhinin də bu ilin sonuna qədər tamamlanması mümkündür
Maliyyə
5 Aprel , 2016 15:20
Yeni ​Vergi Məcəlləsinin şərhi ilin sonunadək hazırlanacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Azerbaycanın yeni Vergi Məcəlləsinin ümumi hissəsinin rəsmi şərhi bu il may ayının sonu, iyunun əvvəlinə qədər hazırlanacaq və geniş müzakirəyə təqdim ediləcək. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Akif Musayev deyib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin xüsusi hissəsinin şərhinin hazırlanması üzərində də işlər davam etdirilir və prosesin ilin sonuna qədər tamamlanması mümkündür.

"Ümumi hissənin şərhinin mayın sonu, iyunun əvvəlində bitməsi gözlənilir. Paralel olaraq xüsusi hissə üzərində böyük qrup işləyir və düşünürəm ki, ilin sonuna qədər onu da tamamlayıb ictimai müzakirəyə təqdim edə biləcəyik", - deyə nazirlik rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi