Bakı. 13 fevral. REPORT.AZ/ “İstehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması istiqamətində ciddi işlər gedir”.
“Report” xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması ilə bağlı infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür: “Artıq bir neçə müəssisədə, yanacaqdoldurma məntəqələrində, ticarət müəssisələrində yeni nəsil kassa aparatları quraşdırılıb. Bu kassa aparatları real vaxt rejimində işləyir. Yəni, nəzarət-kassa aparatına çek vurulan məqamda həmin göstəricilər
S.Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi ilin sonuna qədər iri şəhərlərdə yeni nəsil kassa aparatlarının quraşdırılması prosesinin başa çatmasına çalışacaq.
“Daha sonra digər şəhər və rayonlarda da yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanacaq. Biz çalışırıq mümkün qədər bu proses tez olsun. Bilirsiniz, bu, çox rahatlıq yaradacaq. Yəni, yeni nəsil kassa aparatları quraşdırılandan sonra məlumatların bir çoxu kassa çekində öz əksini tapacaq, biz yoxlama aparmayacağıq. Yəni, yoxlamalara ehtiyac qalmayacaq. Bizim də işimiz asanlaşacaq. Ən vacibi odur ki, vergi ödəyicilərinin işi asanlaşacaq və vətəndaşlarımız da bundan qazanacaq”, - deyə S.Ələkbərov vurğulayıb.