Yeni işə qəbul olunmuş vergi xidməti əməkdaşları ilə görüş keçirilib

Yeni işə qəbul olunmuş vergi xidməti əməkdaşları ilə görüş keçirilib Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1 119 nəfər dövlət vergi orqanlarında işlə təmin olunub
Maliyyə
29 İyul , 2015 12:52
Yeni işə qəbul olunmuş vergi xidməti əməkdaşları ilə görüş keçirilib

Bakı. 29 iyul. REPORT.AZ/ Vergilər Nazirliyində dövlət vergi orqanlarına işə qəbulla bağlı son müsabiqə zamanı uğur qazanaraq işlə təmin edilmiş yeni əməkdaşlarla görüş keçirilib.

"Report"un verdiyi xəbərə görə, vergilər nazirinin müavini, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar Müsabiqə Komissiyasının sədri Sahir Məmmədxanov gənc kadrların potensialından düzgün istifadə və onların peşəkarlıq səviyyəsinin artırılmasının Vergilər Nazirliyi üçün prioritet məsələlərdən olduğunu deyib. S.Məmmədxanov gənc kadrların öz üzərində daim işləmələrinin, intellektual səviyyələrini yüksəltmələrinin və fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarının vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, 2005-ci ildən indiyədək dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirilib, bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13 500 nəfər müraciət edib, onlardan 1 834 nəfər test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, müsahibələrdə namizədlərdən 1 294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib. Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1 119 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub. 

Son xəbərlər

Orphus sistemi