"Yelo Bank" tender keçirir

"Yelo Bank" tender keçirir Yelo Bank ASC 2020-ci il üçün Bankers Blanket Bond (BBB) əməliyyat risklərinin sığortalanması üzrə acıq tender elan edir.
Maliyyə
21 Fevral , 2020 13:30
Yelo Bank tender keçirir

"Yelo Bank" ASC 2020-ci il üçün Bankers Blanket Bond (BBB) əməliyyat risklərinin sığortalanması üzrə acıq tender elan edir.

Sığorta predmeti qismində sığortalının maliyyə əməliyyatları nəticəsində itkiyə maruz qala biləcəyi əmlak çıxış edir.

Aşağıdakı risklər sığorta olunmalıdır:

İşçı dələduzluğu/Employee dishonesty

Əmlak/On Premises

Daşınma/In Transit

Saxtalaşdırılmış çeklər/Forgery or Alteration

Saxtalaşdırılmış qiymətli kağızlar/Securities

Saxtalaşdırılmış valyuta/Counterfeited Currency

Ofis və içindəkilər/Offices and Contents

Hüquqi və məhkəmə xərcləri/Court Costs, Legal Counsel Fees and Legal Expenses

Kompüter sistemləri/Computer Systems

Prosesinq şirkətinin fəaliyyəti/Assured’s Service Bureau Operations

Elektron kompüter proqramları/Electronic Computer Instructions

Elektron məlumat bazası və daşıyıcılar/Electronic Data and Media

Kompüter virusları/Computer Virus

Elektron rabitə vasitələri/Electronic Communications

Elektron ötürmələr/Electronic Transmissions

Elektron qiymətli kağızlar/Electronic Securities

Saxtalaşdırılmış şifahi göstərişlər nəticəsində itkilər/Voice Initiated Transfers

Bildiririk ki, təkliflərin qəbulu 21 fevral 2020-ci il tarixdə başlayır və 28 fevral 2020-ci il tarixdə yekunlaşacaq.

Fevralın 28-dək aşağıdakı məlumatlar təqdim edilməlidir:

Tenderdə iştirak üçün yazılı müraciət

İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;

Azərbaycan dilində tender təklifi

Sənədlər tender təklifi ilə birlikdə 28 fevral 2020-ci il tarixinə saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən Yelo Bankın baş ofisinə təqdim edilməlidir.

Əlavə suallarınız yaranarsa, 981 nömrəsi (dax. 1993, Fidan Kərimova) ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi