Yuxarı

"Yelo Bank" fiziki məhdudiyyəti olan sahibkarları təmənnasız dəstəklədi

Yelo Bank fiziki məhdudiyyəti olan sahibkarları təmənnasız dəstəklədi

"Yelo Bank" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma qoşuldu.

"Report" xəbər verir ki, sənədə əsasən, Nazirlik, Mərkəzi Bank və ABA həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi üçün əməkdaşlıq edəcəklər.

Beləliklə, "Yelo Bank" öz biznesinin yaradılması üçün üç aztəminatlı ailəyə təmənnasız olaraq müxtəlif avadanlıqlar verir. Tikiş avadanlıqlarını paytaxtın Yasamal rayonunun sakini İranə Vəliyeva və Bərdə şəhərindən Vəzifə İsbəndiyarova alacaqlar. Göygöl rayonunun sakini Nəcəf Hüseynova isə mebel kəsimi üçün avadanlıq təqdim ediləcək.

Onlar xüsusi karantin rejimi başa çatdıqdan sonra fəaliyyətə başlayacaqlar.

"Yelo Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib ki, hər üç tərəfdaşın fiziki məhdudiyyətinin olması layihəyə xüsusi dəyər qatır: "Korporativ sosial məsuliyyət "Yelo Bank"ın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru ayrılmazdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi