Yuxarı
    Bağlamaq

    Yaxın Şərq ölkələri neftin ucuzlaşmasından 540 mlrd. dollar itirəcək

    Bu ölkələr maliyyə sabitliyinə 4-5 ilə nail ola bilər

    Bakı. 25 aprel. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq regionu ölkələrinin neft qiymətlərindəki azalma səbəbindən 2016-cı ildə daha 150 mlrd. dollar itirəcəyini proqnozlaşdırır. 

    "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, neftin ucuzlaşması səbəbindən Yaxın Şərq ölkələri 2015-ci ildə 390 mlrd. dollar itirib. İqtisadiyyatı daha çox təzyiqə məruz qalan ölkələr isə Səudiyyə Ərəbistanı və Küveytdir.

    BVF bu ölkələrdə 2016-cı il üçün iqtisadi fəallığın aşağı düşməsini proqnozlaşdırır. Belə ki, büdcə kəsirinin artması prosesinin qarşısının alınması üçün dövlət öz xərclərini azaldıb və bu səbəbdən iqtisadi artım tempi də aşağı düşür. Ekspertlərin fikrincə, adıçəkilən ölkələrin maliyyə şəraitlərini sabitləşdirmək üçün 4-5 il lazım gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi