Yuxarı
    Bağlamaq

    ​Yaxın günlərdə avronun məzənnəsi 1,08 dollara düşəcək

    Yunanıstandakı vəziyyətlə bağlı vahid Avropa valyutasının məzənnəsi 1,10 dollar/avro səviyyəsindən aşağı düşüb

    Bakı. 14 iyul. REPORT.AZ/ Bugün Avropa birjalarında aparılan hərraclar zamanı avronun məzənnəsi artıq 1,10 dollar səviyyəsindən aşağı enib. Buna səbəb isə Yunanıstandan gələn mənfi xəbərlər olub.

    "Report" xəbər verir ki, Almaniyanın "Bild Zeitung" qəzetinin yaydığı məlumata əsasən, iyulun 15-də Yunanıstan parlamentində keçiriləcək səsvermədən müsbət nəticənin əldə edilməsi ehtimalı çox azdır. Qeyd edək ki, bu səsverməyə Avropa İttifaqi ölkələrinin Yunanıstandan maliyyə yardımı əvəzində tələb etdikləri iqtisadi islahatlar çıxarılacaq.

    "Bild"in verdiyi xəbərə görə, baş nazir Aleksis Tsiprasın partiyası "Siriza"dan olan 30 millət vəkili, koalisiya partiyası "Anel"in isə bütün millət vəkilləri islahatlar paketinə qarşı çıxırlar. Qəzet bildirib ki, artıq Tsipras istefaya getmək barədə planlar qurur.

    Bu xəbərlər fonunda avro dollarla müqayisədə bu gün 0,2% zəifləyərək psixoloji hədd olan 1,10-dan aşağı enib. Yaxın günlərdə avronun daha da zəifləyərək 1,08 səviyyəsinə qədər geriləməsi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi