Yaxın 25 ildə dünyada ilk dollar trilyonçusu yaranacaq

Yaxın 25 ildə dünyada ilk dollar trilyonçusu yaranacaq Dünya əhalisinin 1%-nin sərvəti qalanların pulundan çoxdur
Maliyyə
16 Yanvar , 2017 15:16
Yaxın 25 ildə dünyada ilk dollar trilyonçusu yaranacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Dünyanın ilk dollar trilyonçusunun qlobal sərvətin paylanması prosesində artan bərabərsizlik fonunda yaxın 25 ildə yaranacağı bildirilir. 

"Report"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu "Oxfam" beynəlxalq xeyriyyəçilik təşkilatı bildirib.

Təşkilatın araşdırma hesabatında həmçinin qeyd olunub ki, hazırda dünya əhalisinin 1-nin şəxsi sərvəti qalan 99%-in toplam sərvətindən çoxdur. Planetin 8 ən zəngin biznesmeninin sərvəti 3,6 mlrd. dollar və ya dünya əhalisinin yarısının sərvətinə bərabərdir. Vergidən yayınmalar bərabərsizliyin yaranmasında əsas amil hesab edilir. İnkişaf etməkdə olan ölkələrin iri şirkətlərinin vergidən yayınmaları ildə 100 mlrd. dollara çatır.

Hesabata əsasən, İngiltərənin FTSE-100 birja indeksinə daxil olan hər hansı bir şirkətin baş direktorunun maaşı Banqladeşdəki 10 000 işçinin məcmu maaşına bərabərdir. "Oxfam"ın bildirdiyinə görə, son 30 ildə ABŞ əhalisinin yarısının əmək haqqı artmadığı halda, ölkənin ən zəngin insanlarının 1%-nin gəlirləri 300% artım göstərib.

Son xəbərlər

Orphus sistemi