Yuxarı
    Bağlamaq

    "Yaşıl Kart" üzrə bağlanan sığorta müqavilələrinin 1/10-i yük avtomobilləri ilə bağlı olub

    Ötən il ərzində ölkədə ümumilikdə 10,5 min Yaşıl Kart müqaviləsi bağlanılıb

    Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə "Yaşıl Kart" sistemi üzrə bağlanılan sığorta müqavilələrinin 8 630-u və ya 82,08%-i minik, 994-ü və ya 9,45%-i yük, 784-ü və ya 7,46%-i qoşqu, 89-u və ya 0,85%-i avtobus, 17-si və ya 0,16%-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

    "Report" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

    Ötən il "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən ümumilikdə 10 514 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bu müqavilələrdən 7 497-si Türkiyə və İrana, 2 569-u Rusiya, Moldova və Ukraynaya, 448-i isə "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Nəticədə, 2016-cı ildə beynəlxalq sığorta müqavilələri üzrə daxilolmalar 768 684 manat təşkil edib.

    Qeyd edək ki, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan "Yaşıl Kart" əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.

    Xatırladaq ki, hazırda "Yaşıl Kart" sığorta növü üzrə 13 sığorta şirkəti (https://greencard.isb.az/GreenCardParticipant/GreenCardParticipants) fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi