Daha bir sığortaçı "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib

Daha bir sığortaçı "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib Bu, Dövlət Sığorta Kommersiya Şirkətidir
Maliyyə
22 Dekabr , 2015 18:21
Daha bir sığortaçı Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib. "Report" bu barədə İcbari Sığorta Bürosunun (İSB) yaydığı məlumata istinadən xəbər verir. Beləliklə, reyestrə daxil olan sığorta şirkətlərinin sayı 11-ə çatıb. 

Bildirək ki, bundan əvvəl "Azsığorta”, “Meqa Sığorta”, “AtaSığorta”, “AXA-Mbask”, "Xalq Sığorta", “Paşa Sığorta”, “Standard Insurance”, “Azərbaycan Sənaye Sığorta”, “İpək Yolu Sığorta” və “Atəşgah Sığorta” şirkətləri həmin reyestrə daxil edilib.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.

Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılır.

Son xəbərlər

Orphus sistemi