Yuxarı

Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

"Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan sığortaçıları “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində 39 509 sığorta şəhadətnaməsi satıb.

“Report” İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Son 1 ildə “Yaşıl Kart”la bağlı sığorta ödənişlərinin məbləği isə 23% artaraq 790 933 manata çatıb. Ödənişlər 206 sığorta hadisəsi üzrə həyata keçirilib.

Xatırladaq ki, “Yaşıl Kart” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Sazişin iştirakçıları olan dövlətlərin hər hansı birinin verdiyi şəhadətnamə digər iştirakçı dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixindən sistem çərçivəsində fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi