Yaponiyanın pensiya fondu "Brexit"ə görə 52 mlrd. dollar ziyana düşüb

Yaponiyanın pensiya fondu "Brexit"ə görə 52 mlrd. dollar ziyana düşüb Bu, 2008-ci ildən indiyədək Fondun üzləşdiyi sayca 2-ci belə itkidir
Maliyyə
26 Avqust , 2016 17:57
Yaponiyanın pensiya fondu Brexitə görə 52 mlrd. dollar ziyana düşüb

Bakı. 26 avqust. REPORT.AZ/ Börük Britaniya vətəndaşlarının ölkənin Avropa İttifaqını tərk etməsi ilə bağlı qərarı ("Brexit") Yaponiya Dövlət Pensiya İnvestisiya Fonduna 52 mlrd. dollara başa gəlib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 2008-ci ildən sonra Fondun üzləşdiyi sayca ikinci analoji irihəcmli itkisidir.

Aktivlərin azalması bu ilin II rübü başa çatdıqdan sonra məlum olub. Pensiya Fondunun açıqlamasına görə, iyulun 1-nə onun aktivləri təxminən 130 trln. yen və yaxud 1,3 trln. dollar olub. Bu isə aprelin 1-i ilə müqayisədə təxminən 4% azdır. Azalmaya səbəb Fondun aktivlərinin bir hissəsinin ingilis funt-sterlinqində saxlanması olub.

Son xəbərlər

Orphus sistemi