Yaponiya və Avstraliya mərkəzi bankları faizləri sabit saxlayıb

Yaponiya və Avstraliya mərkəzi bankları faizləri sabit saxlayıb Yaponiyada uçot dərəcəsi -0,1%, Avstraliyada isə 1,5% səviyyəsində saxlanılıb
Maliyyə
1 Noyabr , 2016 11:32
Yaponiya və Avstraliya mərkəzi bankları faizləri sabit saxlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək -0,1% səviyyəsində saxlayıb. Mənfi faiz Yaponiya Mərkəzi Bankının qərarı ilə 2016-cı ilin yanvarından tətbiq olunur.

"Report"un verdiyi xəbərə görə, Mərkəzi Bank dövlət istiqrazlarını, həmçinin birja investisiya fondlarının aktivlərini almağa davam edəcəyini açıqlayıb. 

Bank illik 80 trln. yenlik (764 mlrd. dollar) dövlət istiqrazları almağa davam edəcəyini qeyd edib. Yaponiya Bankı 10 illik istiqrazlarının gəlirliyinin 0%-ə yaxın səviyyədə hədəfləməyə davam edir.

Yaponiya Mərkəzi Bankı pul siyasətini dəyişdirmədiyi kimi inflyasiya hədəfinə çatmaq üçün təxmini zamanı da sədr Haruhiko Kurodanın səlahiyyət müddətindən sonraya uzadıb. Qeyd edək ki, Kurodanın səlahiyyət müddəti 2018-ci ilin aprelində bitir. Yaponiya Mərkəzi Bankı hazırda 2% olan inflyasiya hədəfinə eyni ayda başlayan maliyyə ili ərzində nail olmağı nəzərdə tutur.

Eyni zamanda Avstraliya Mərkəzi Bankı da uçot dərəcəsini dəyişdirməyib və əmlak qiymətlərinin daha da artmasının qarşısını almaq üçün zəif inflyasiyaya dözümlülük göstərməyə hazırlaşdığına işarə edib.

Bankın sədri Filip Lou son rübdəki zəif istehlak qiymətlərinə reaksiya verməməyi üstün tutur və "Bloomberg"in anketinə qatılan 28 iqtisadçının 22-nin təxmin etdiyi kimi uçot dərəcəsini rekord aşağı səviyyə olan 1,5% səviyyəsində saxlayıb.

Son xəbərlər

Orphus sistemi