Yaponiya hökuməti 239 milyard dollarlıq təşviq paketi ayıracaq

Yaponiya hökuməti 239 milyard dollarlıq təşviq paketi ayıracaq Yaponiyanın Baş naziri Şinzo Abe ixracatın azalma, təbii fəlakətlər və son satış vergi artımı ilə azalan iqtisadi inkişafı dəstəkləmək üçün maliyyə tədbirlərini açıqlayıb.
Maliyyə
5 Dekabr , 2019 10:54
Yaponiya hökuməti 239 milyard dollarlıq təşviq paketi ayıracaq

Yaponiyanın Baş naziri Şinzo Abe ixracatın azalma, təbii fəlakətlər və son satış vergi artımı ilə azalan iqtisadi inkişafı dəstəkləmək üçün maliyyə tədbirlərini açıqlayıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, yaxın illərdə veriləcək ümumi təşviq paketi təxminən 26 trilyon yen (239 mlrd dollar) olacaq.

Məlumata görə, hökümət təşviq paketinin təqribən yarısını maliyyə sektoruna ayıracaq və bu paket real artımı 1,4% bəndi artıracaq.

Xatırladaq ki, Yapon höküməti 3 hissədən ibarət təşviq paketini 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından sonra ölkə iqtisadiyyatında uzun müddətli böyüməyə nail olmaq üçün hazırladıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi