​Yaponiyada dolların məzənnəsi 22 aylıq minimuma enib

​Yaponiyada dolların məzənnəsi 22 aylıq minimuma enib Proqnoz: Məzənnə 101 JPY/USD səviyyəsinə kimi azala bilər
Maliyyə
16 İyun , 2016 16:29
​Yaponiyada dolların məzənnəsi 22 aylıq minimuma enib

Bakı. 16 iyun. REPORT.AZ/ Yaponiya milli valyutası, yenin dollara nisbətən möhkəmlənməsi prosesi çərçivəsində 2014-cü ilin avqust ayından etibarən məzənnə ilk dəfə olaraq 103,56 JPY/USD-yə enib. 

"Report" xəbər verir ki, buna səbəb Yaponiya Mərkəzi Bankının (BOJ) bu gün keçirilən iclasında uçot dərəcəsini azaltmaması və iqtisadiyyatın stimullaşdırılması üçün əlavə addımlar atmaması olub. İqtisadçılar BOJ-dan qiymətli kağızlar alaraq maliyyə bazarına likvidlik verəcəyini gözləsələr də, Bank belə bir qərarı zəruri hesab etməyib. 

Tokioda yerləşən "Nomura Securities"in Valyuta araşdırmaları Departamentinin müdiri Yunosuke İkeda qeyd edib ki, Yaponiya iqtisadiyyatı yavaşlama trendinin içində yer alıb. BOJ bugünkü iclasında hər hansı monetar ekspansiya qərarı alsa da bunun təsiri məhdud olacaq idi və atılan addımlar təsirsiz qalalacaqdır. Bu da BOJ-un qərarlarının yanlış olduğunu göstərəcəyindən Bank bu dəfə gözləmə mövqeyi tutub və keçmişdəki qərarlarının təsirini müşahidə etməyi lazım bilib.

BOJ-un qərarı yeninin 31 valyuta ilə müqayisədə möhkəmlənməsinə gətirib çıxarıb. "Brexit" təhlükəsi ilə investorların onsuz da bir müddətdir yeni tərcih etməsi iyun ayında yeni ən çox möhkəmlənən valyutaya çevirib. Belə ki, onun dollara qarşı məzənnəsi iyunda 6,6% möhkəmlənib və hazırda 103,9 JPY/USD səviyyəsində qərarlaşıb. 

Xatırladaq ki, 2011-ci ilin oktyabrında minimal məzənnə 75,55 JPY/USD olub, cütlüyün maksimal səviyyəsi isə 1986-cı ildə 203 JPY/USD səviyyəsində qeydə alınıb.

"Report"un analitik qrupu hesab edir ki, Yaponiyada dolların məzənnəsi 101 JPY/USD səviyyəsinə enə bilər.

Son xəbərlər

Orphus sistemi