Yuxarı

​"YapıKredi Bank Azərbaycan" ipoteka kreditləşməsini artırıb

Bank 2014-cü ildə istehlak kreditləşməsini 15% azaldıb

Bakı. 10 fevral. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC-nin aktivləri illik müqayisədə 12,34% artaraq 2015-ci il yanvarın 1-nə 352,4 mln. manata çatıb. Bu müddətdə aktivlərdə əsas paya malik olan kredit portfeli 21,81% artaraq 267,5 mln. manat olub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfelinin 123,3 mln. manatı və ya 46,1%-i 12 ayadək, 144,2 mln. manatı (53,9%) 12 aydan artıq müddətə verilən kreditlərin payına düşüb.

Hesabat ilində istehlak kreditləşməsi 15,03% artaraq bu ilin əvvəlinə 99,0 mln. manata çatıb. Avtomobil kreditlərində isə 41,49% azalma müşahidə edilib. Nəticədə avtomobil kreditlərinin həcmi 23,8 mln. manatdan 13,9 mln. manata düşüb.

Hesabata əsasən, 2014-cü ildə bankda vaxtı keçmiş kreditlərin həcmində kəskin artım qeydə alınıb və problemli kreditlərin həcmi 2,44 dəfə artaraq 12,1 mln. manata çatıb. Bununla yanaşı, vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi son bir ildə 2,3%-dən 4,52%-ə yüksəlib.

Təhlil olunan dövr ərzində bankda ipoteka kreditləşməsinin həcmi 72,3% artaraq 10,9 mln. manatı keçib. Bu kreditlərin 825,2 min manatı Azərbaycan İpoteka Fondunun xətti ilə ayrılıb.

Ötən il bankın depozit portfeli 7,53% artaraq ilin sonuna 131,6 mln. manat olub. Bunun 52,3 mln. manatını müddətli, 79,3 mln. manatını tələb olunanadək depozitlər təşkil edib.

Bankda əhalinin əmanətlərinin həcmində də artım qeydə alınıb - əmanətlər 42,76% artaraq 31,2 mln. manata yüksəlib.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə "YapıKredi Bank Azərbaycan"ın nizamnamə kapitalı 46,8 mln. manat, məcmu kapitalı isə 62,9 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi