Bakı. 5 fevral. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC-nin mənfəəti 2014-cü il ərzində 3,8 dəfə artaraq cari ilin yanvarın 1-nə 4,667 mln. manata çatıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən il Bankın gəlirləri 28,90% artaraq 48,691 mln. manat təşkil edib. Bu müddətdə faiz gəlirləri 37,76% artaraq 34,666 mln. manat, qeyri-faiz gəlirləri 11,22% artaraq 14,025 mln. manat olub.
Ötən il ərzində Bankın cəmi xərcləri 26,06% artaraq 39,907 mln. manata yüksəlib. Hesabat ilində faiz xərcləri 85,15% artaraq 10,814 mln. manat, qeyri-faiz xərcləri 14,46% artaraq 27,646 mln. manata çatıb.
Beləliklə, ötən il ərzində "YapıKredi Bank Azərbaycan"ın faiz mənfəəti 23,852 mln. manat, qeyri-faiz zərəri 13,621 mln. manat təşkil edib ki, bu da 2013-cü illə müqayisədə müvafiq olaraq 23,44% və 17,99% çoxdur.