Bakı. 16 dekabr. REPORT.AZ/ "YapıKredi Bank Azerbaijan" QSC-də yeni manat əmanəti yerləşdirən və ya vaxtı bitmiş mövcud əmanətinin vaxtını uzadan müştərilər, əmanətləri üzrə özlərinin qərar verdiyi illik faiz dərəcəsinin 5% üzərində faiz dərəcəsilə kredit götürə biləcəklər.
"Report"un bankın saytına istinadən verdiyi xəbərə görə, əlavə olaraq mövcud, minimum 3 ay və ya daha əvvəl yerləşdirlmiş USD əmanətini AZN-ə çevirən müştərilər isə yenə də özlərinin seçdikləri faiz dərəcəsinin 4% üzərində faiz dərəcəsi ilə kredit götürə biləcəklər.