​"YapıKredi Bank Azərbaycan" yeni elektron ödəmə sisteminə qoşulub

​"YapıKredi Bank Azərbaycan" yeni elektron ödəmə sisteminə qoşulub Türkiyənin "Asseco SEE" e-ödəmə təşkilatı "YapıKredi Bank Azərbaycan"la əməkdaşlığa başlayıb
Maliyyə
17 Dekabr , 2014 12:19
​YapıKredi Bank Azərbaycan yeni elektron ödəmə sisteminə qoşulub

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin "Asseco SEE" e-ödəmə təşkilatı "YapıKredi Bank Azərbaycan" QSC ilə əməkdaşlığa başlayıb. 

“Report”un verdiyi xəbərə görə, plastik kartlarla onlayn ödəmə qəbuluna imkan yaradan "Asseco SEE"-nin qrup idarəçisi Burak Kutlu "YapıKredi Bank Azərbaycan"a təqdim olunan xidmətlərlə müştərilər virtual POS sistemindən daha sadə, sürətli və etibarlı bir şəkildə faydalanacaqlar.

"YapıKredi Bank Azərbaycan"ın texniki direktoru Nihat Şenyuva qeyd edib ki, yeni xidmət olduqca təhlükəsiz və operativdir, idarəetmə sistemi isə çox funksionallıdır: "Hazırda bütün ödəmə alternativləri ilə hər növ əməliyyatı onlayn olaraq müştərilərimizə təqdim edə bilirik. "Asseco SEE"-nin təqdim etdiyi infrastrukturla əsas işimizə adaptasiya olub inkişaf edən Azərbaycan iqtisadiyyatında çox böyük üstünlüklər əldə edəcəyimizi düşünürük. PCI DSS standartlarına uyğun təhlükəsiz şəraitdə saxlanan məlumatlar, əməliyyat müddətinin sürətlənməsini təmin edəcək. İş birliyinin Azərbaycan bazarında gələcəkdə böyüyərək yolumuza davam etməyimizə önəmli təsirləri olacağını düşünürük".

Qeyd edək ki, "Asseco SEE" tərəfindən inkişaf etdirilən təhlükəsiz e-ödəmə həlli "NestPay", başda banklar olmaqla onlayn ödəmələr bazarında müştərilərə ödəniş həlli təqdim etmək istəyən maliyyə təşkilatlarının ehtiyaclarını qarşılayır. Türkiyə bazarı ilə yanaşı beynəlxalq bazarda da təqdim edilən "NestPay" minlərlə iş yerinə virtual POS-ların bir mərkəzdən idarə olunmasına imkan yaradır.

Son xəbərlər

Orphus sistemi