“YapıKredi Bank (Azərbaycan)”da problemli kreditlər kəskin artıb

“YapıKredi Bank (Azərbaycan)”da problemli kreditlər kəskin artıb Bakı. 20 iyul. REPORT.AZ/ “YapıKredi Bank (Azərbaycan)” QSC-nin aktivləri illik müqayisədə 32,2% artaraq 2017-ci il iyulun 1-nə 517,989 mln. manata...
Maliyyə
20 İyul , 2017 15:37
“YapıKredi Bank (Azərbaycan)”da problemli kreditlər kəskin artıb
Report.az

Bakı. 20 iyul. REPORT.AZ/ “YapıKredi Bank (Azərbaycan)” QSC-nin aktivləri illik müqayisədə 32,2% artaraq 2017-ci il iyulun 1-nə 517,989 mln. manata çatıb.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli bu müddətdə 23,7% azalaraq 175,546 manat təşkil edib. Fiziki şəxslərə verilən kreditlər 14,6% azalaraq 60,477 mln. manat, hüquqi şəxslərə verilən kreditlər 27,8% azalaraq 115,069 mln. manat olub. Hesabata əsasən, qeyri-standart kreditlərin həcmi 71,642 mln. manat və ya kredit portfelinin 40,8%-nə çatıb. Qeyd edək ki, əvvəlki ilin eyni dövründə bu göstərici müvafiq olaraq 43,954 mln. manat və ya 19,10% olub.

Öhdəliklər illik müqayisədə 38,5% artaraq iyulun 1-nə 459,521 mln. manata yüksəlib. Əhalinin əmanətləri isə illik 8,3% azalaraq 74,282 mln. manata enib. Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 46,811 mln. manat, cəmi kapitalı 58,467 mln. manat təşkil edib.

Bank cari ilin birinci yarısında 3,286 mln. manat xalis mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin eyni dövründə isə Bank 1,244 mln. manat zərər etmişdi.

Son xəbərlər

Orphus sistemi