“Yapı Kredi Bank (Azerbaijan)” bu ilin ilk 9 ayını 6 mln. manatdan artıq mənfəətlə başa vurub

“Yapı Kredi Bank (Azerbaijan)” bu ilin ilk 9 ayını 6 mln. manatdan artıq mənfəətlə başa vurub Bakı. 27 oktyabr. REPORT.AZ/
Maliyyə
27 Oktyabr , 2017 10:46
“Yapı Kredi Bank (Azerbaijan)” bu ilin ilk 9 ayını 6 mln. manatdan artıq mənfəətlə başa vurub
Report

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Yapı Kredi Bank (Azerbaijan)” QSC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 403,786 mln. manat təşkil edib.

“Report” Bankın naliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 3,8% azdır.

“Yapı Kredi Bank (Azerbaijan)”ın aktivlərinin 169,462 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 23,3% kiçilib.

Hesabat dövründə “Yapı Kredi Bank (Azerbaijan)”ın vaxtı keçmiş kreditləri 8,5% azalaraq 52,327 mln. manata düşüb, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 25,9%-dən 30,9%-ə qalxıb.

İl ərzində “Yapı Kredi Bank (Azerbaijan)”ın cəmi öhdəlikləri 4,6% azalaraq 343,304 mln. manat, o cümlədən depozit portfeli 34,5% artaraq 302 mln. manat olub.

Bank Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 100% azaldıb.

Bu ilin yanvar-sentyabr aylarında “Yapı Kredi Bank (Azerbaijan)”ın faiz gəlirləri 25,537 mln. manat (1 il əvvələ nisbətən 1,8% çox), faiz xərcləri 6,419 mln. manat (32,8% az), qeyri-faiz gəlirləri 17,847 mln. manat (16,4% az), qeyri-faiz xərcləri isə 24,502 mln. manat (2,7% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 12,463 mln. manat olub ki, bu da illik müqayisədə 4,3% azdır.

Bu il “Yapı Kredi Bank (Azerbaijan)” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 70,4% az – 5,557 mln. manat ayırıb, 655 min manat mənfəət vergisi ödəyib. Bununla da, Bank ilin ilk 9 ayını 6,251 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən il mənfəət vergisi xərclərinə 516 min manat qənaət edərək hesabat dövründən 5,258 xalis zərərlə çıxmışdı.

Xatırladaq ki, "YapiKredi Bank Azerbaijan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bank"ına, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi