Yanvarda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 686 mln. manat daxil olub

Yanvarda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 686 mln. manat daxil olub Qeyri-neft sektoru üzrə vergi daxilolmaları illik müqayisədə 4% artıb
Maliyyə
10 Fevral , 2015 19:36
Yanvarda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 686 mln. manat daxil olub

Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685,9 mln. manat həcmində vəsait daxil olub və müvafiq aylıq proqnoza 103,3% əməl edilib. Bu barədə "Report"a Nazirlikdən bildirilib. 

Məlumata görə, bu məbləğin 44,6%-i mənfəət vergisi, 24,7%-i ƏDV, 9,5%-i fiziki şəxslərin gəlir vergisi, 7,8%-i aksizlər, 2,9%-i sadələşdirilmiş vergi, 10,5%-i isə digər vergilərin payına düşür.

Hesabat ayında qeyri-neft sektoru üzrə 344,706 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur.

Yanvarda ölkə üzrə 7 114 vergi ödəyicisi qeydiyyata alınıb. Nəticədə, 2015-ci il fevralın 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 616 242 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.

Qeyd edək ki, yanvar ayında Azərbaycan üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 95,1% təşkil edib.

Son xəbərlər

Orphus sistemi