Yanvarda Vergilər Nazirliyinə 22 mindən çox müraciət daxil olub

Yanvarda Vergilər Nazirliyinə 22 mindən çox müraciət daxil olub Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində vergi orqanlarına daxil olmuş 22 422 müraciətin 95,4%-i ərizə, 4,5%-i şikayət, 0,1%-i təklif olub.
Maliyyə
14 Fevral , 2019 10:39
Yanvarda Vergilər Nazirliyinə 22 mindən çox müraciət daxil olub
Vergilər Nazirliyi / Report

Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində vergi orqanlarına daxil olmuş 22 422 müraciətin 95,4%-i ərizə, 4,5%-i şikayət, 0,1%-i təklif olub. 

Bu barədə “Report”a Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən məlumat verilib.

Müraciətlərin 47,4%-i müxtəlif arayışların alınması, 18%-i kameral vergi yoxlamaları, 14,5%-i sosial sığorta ödənişləri, 6,1%-i vergi borcları, qalanları ƏDV, vergi qanunvericiliyinin tətbiqi, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, işə qəbul, işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Baxılmış müraciətlərdən 76%-i tam, 0,3%-i qismən müsbət həll olunub, 22,7%-i barədə müvafiq izahatlar verilib.

Nazirliyin aparatına daxil olmuş 1 751 müraciətdən 76%-i ərizə, 22,3%-i şikayət,1,7%-i təklifdir. Müraciətlərin 17,5%-i sosial sığorta ödənişləri, 12,7%-i vergi qanunvericiliyinin tətbiqi, 12,2%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 11,9%-i müxtəlif arayışların alınması, 11,8%-i kameral vergi yoxlamaları, qalanları isə digər məsələlərlə bağlı olub. Ay ərzində nazirliyin aparatına daxil olmuş 163 faktiki şikayətdən baxılması başa çatdırılanların 74,3%-i barədə müvafiq izahatlar verilib, 11,4%-i müsbət həll olunub, 5,7%-i əsassız sayılıb, qalanları icradadır.

2019-cu ilin yanvar ayı ərzində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən 411 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi