​Yanvarda vergi orqanlarına 8189 müraciət daxil olub

​Yanvarda vergi orqanlarına 8189 müraciət daxil olub Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% çoxdur
Maliyyə
21 Fevral , 2015 09:24
​Yanvarda vergi orqanlarına 8189 müraciət daxil olub

Bakı. 21 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində vergi orqanlarına 8189 müraciət daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% çoxdur.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, müraciətlərdən 97,5%-i ərizə, 2,3%-i şikayət, 0,2%-i təklif olub, 25 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Müraciətlərin 40,9%-i kameral vergi yoxlamaları, 32,5%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 4,2%-i səyyar vergi yoxlamaları, 1,3%-i operativ vergi nəzarəti, qalanları isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə müraciətlərin 55,7%-i tam, 0,4%-i qismən müsbət həll olunub, 13,6%-i barədə müvafiq izahatlar verilib.

Yanvar ayı ərzində nazirliyin aparatına 860 müraciət daxil olub.

2015-ci ilin yanvar ayı ərzində Vergilər Nazirliyində müvafiq struktur bölmələrin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 88 vətəndaş qəbul edilərək, onlara qanunvericiliyin tələbinə uyğun köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi