Yanvarda gömrük orqanları üzrə büdcə daxilolmaları 68% artıb

Yanvarda gömrük orqanları üzrə büdcə daxilolmaları 68% artıb Gömrük rüsumlarının həcmi illik müqayisədə 2 dəfədən çox artıb
Maliyyə
9 Fevral , 2017 13:52
Yanvarda gömrük orqanları üzrə büdcə daxilolmaları 68% artıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 173 962,60 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 335,94 min manat yaxud 67,87% çoxdur.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24 602,94 min manat yaxud 104,95% artaraq 48 045,40 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 40 833,21 min manat yaxud 53,10% artaraq 117 734,30 min manat, aksizlər üzrə 3 552,08 min manat yaxud 167,23% (2,67 dəfə) artaraq 5 676,10 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 347,69 min manat və ya 116,27% yaxud 2,16 dəfə artaraq 2 506,80 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi