​Yanvarda Azərbaycanda iqtisadi artım 4,4% olub

​Yanvarda Azərbaycanda iqtisadi artım 4,4% olub Qeyri-neft sektorunda istehsal 5,5%, neft-qaz sahəsində isə 3,1% artıb
Maliyyə
13 Fevral , 2015 12:19
​Yanvarda Azərbaycanda iqtisadi artım 4,4% olub

Bakı. 13 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda 3,6 mlrd. manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft sektorunda istehsal 5,5%, neft-qaz hasilatı və emalı sahələrində isə 3,1% artıb.

Yanvar ayında ÜDM-in 34,0%-i sənayedə, 10,6%-i tikintidə, 10,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,4% - kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4%-i informasiya və rabitə xidmətlərində, 19,8%-i sosial və digər xidmətlər sahəsində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi