Yanvar ayında əhaliyə xalis dollar satışı 3 dəfə artıb

Yanvar ayında əhaliyə xalis dollar satışı 3 dəfə artıb Dollara tələb son 3 ayda ilk dəfə artıb
Maliyyə
11 Mart , 2017 16:00
Yanvar ayında əhaliyə xalis dollar satışı 3 dəfə artıb

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 63,28 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib. "Report" Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, dekabr ayında xalis satış 20,36 mln. dollar təşkil edib. Aylıq müqayisədə xalis dollar satışı 3,1 dəfə artıb. Noyabr ayında isə əhaliyə xalis dollar satışının həcmi 49,54 mln. dollar olub.

Qeyd edək ki, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis dollar satışı 445,44 mln. dollar olub.

Keçən ilin yanvarında isə bankların əhaliyə xalis dollar satışı 173 440,5 mln. dollar olub. Bununla da cari ilin yanvar ayında əhaliyə xalis dollar satışı illik müqayisədə 2,7 dəfə azalıb.

"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının yanvar ayında ABŞ dolları ilə müqayisədə zəifləməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi