Yuxarı
    Bağlamaq

    "Xudat Tikinti 16"nın minoritar səhmdarları kütləvi şəkildə payını satır

    Bakı Fond Birjasında şirkətin səhmlərinin alqı-satqısı üzrə 21 əqd bağlanılıb

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 4-5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Xudat Tikinti 16" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 21 əqd bağlanılıb.

    "Report" BFB-yə istinadən xəbər verir ki, bu əqdlər hər birinin nominal dəyəri 2 manat olan 399 səhmin (798 manatlıq) realizə edilməsini nəzərdə tutur.

    Səhmlərin hamısı təkrar bazarda əldə edilib. Qiymətli kağızları satan və alan tərəflər açıqlanmasa da, əqdlərin hamısında 19 səhmin (38 manatlıq) alınıb-satılması şirkətin minoritar səhmdarlarının kütləvi şəkildə payından imtina etməsindən xəbər verir. Fond bazarı üzrə mütəxəssislər bunu müəssisənin əsas səhmdarının minoritar səhmdarların hesabına payını artırması kimi qiymətləndirirlər.

    Xatırladaq ki, "Xudat Tikinti 16" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,8 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 9 900 səhm əsasında formalaşıb. Səhmlər BFB-də ticarətə sentyabrın 30-da buraxılıb. Birjanın Listinq Komitəsinin həmin gün qəbul etdiyi qərarla qiymətli kağızlar alternativ bazar seqmentində listinqə daxil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi