Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda XÖHKS üzərindən ödənişlər 4% artıb

    Bu sistemlə aparılan ödənişlərin orta məbləği illik müqayisədə 7% artıb

    Bakı. 11 dekabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) ilə 1,325 mlrd. manat həcmində 2,444 mln. əməliyyat həyata keçirilib.

    “Report”un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, illik müqayisədə müvafiq olaraq 3,7% və 5,7% çoxdur.

    Əvvəlki ayla müqayisədə isə əməliyyatların həcmində 8,6%, sayında isə 1,2% artım müşahidə olunub.

    Qeyd edək ki, oktyabrda XÖHKS vasitəsi ilə aparılan bir ödənişin orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azalaraq 542 manat təşkil edib. Bu göstərici aylıq müqayisədə isə 7,3% artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi