“Xəzri” sisteminə qoşulan tərəfdaşların sayı artır

“Xəzri” sisteminə qoşulan tərəfdaşların sayı artır Müştərilər ölkədaxili göndərilən vəsaiti 24 saat ərzində "Kapital Bank"ın bankomatlarında komissiyasız nağdlaşdıra bilərlər
Maliyyə
12 Oktyabr , 2016 11:51
“Xəzri” sisteminə qoşulan tərəfdaşların sayı artır

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Kapital Bank“ ASC "Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir. Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında da bu sistem mövcuddur.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesab açmadan həm ölkə daxilində, həm də yuxarıda sadalanan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə, minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində "Kapital Bank"ın bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Qeyd edək ki, Azərbaycanda "Atabank", "AFB Bank" və "Bank VTB (Azerbaijan)" bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələr həyata keçirə bilərlər. 

Son xəbərlər

Orphus sistemi