Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır Xarici valyutada problemli kreditlərin xüsusi çəkisi artıb
Maliyyə
16 İyun , 2017 15:22
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır
Report.az

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutada verilən kreditlərin payına düşür. Cari il mayın 1-nə əsasən, problemli kreditlərin 54,5%-i və ya 869,2 mln. manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb.

"Report" bu barədə Azərbaycan Mərkəz Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyutada problemli kreditlərin həcmində illik 32,7% artım qeydə alınıb. Problemli kreditlərin xarici valyutada kreditlərdə xüsusi çəkisi illik müqayisədə 4,4 faiz bəndi artaraq 11,7% -ə çatıb. 

Son xəbərlər

Orphus sistemi