​Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb

​Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb Bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb
Maliyyə
17 Mart , 2015 16:18
​Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycan 112 ölkə ilə 4,042 mlrd. ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib. Bununla da Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 18,65% azalıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə idxal əməliyyatları 43,45% artaraq 1,707 mlrd. dollar, ixrac isə 38,21% azalaraq 2,335 mlrd. dollar təşkil edib. Hesabat dövründə xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma müşahidə edilib və bu göstərici təxminən 4 dəfə azalaraq ötən il yanvar-fevral ayındakı 2,559 mlrd. dollardan 627,4 mln. dollara düşüb.

Qeyd edək ki, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycana 4 094 çeşiddə mal idxal olunub. Həmçinin bu müddətdə ölkədən 724 çeşiddə mal ixracı həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi