Yuxarı

Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıblar

Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıblar

Qiymətli kağızlarına ən çox maraq göstərən Azərbaycanla həmsərhəd olkələrin vətəndaşlarıdır

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazları xarici ölkə vətəndaşları da almağa başlayıblar. 

Bu barədə “Report”a “SOCAR Capital” şirkətindən bildirilib.

Məlumata görə, SOCAR-ın qiymətli kağızlarına ən çox maraq göstərən Azərbaycanla həmsərhəd olkələrin – Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır.

İstiqrazlara marağın artması onların qiymətinin yüksəlməsinə səbəb olub. Qiymətli kağızlar üzrə market-meyker xidməti göstərən “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, hazırda SOCAR istiqrazları 1 012 dollardan alınır, 1 015,5 dollardan satılır.

Qeyd edək ki, sabah ilk dəfə olaraq istiqrazlara görə rüblük faizlər ödəniləcək.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi